Neft qiymətlərindəki zəifləmənin təsiri ilə Almaniyada topdansatış qiymətləri azalıb.
İndex.az xəbər verir ki, Alminiya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə topdansatış qiymətləri indeksi aprel ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 2020-ci ilin dekabrından bəri ilk illik enişi göstərib.
Qeyd edək ki, martda qiymətlər 2%, fevralda isə 8,9% artıb.
Topdansatış qiymətləri indeksi aprel ayında aylıq bazda 0,4% azaldı.
Qiymətlərin azalmasında neft məhsullarının ucuzlaşması təsirli olub.
Aprel ayında illik müqayisədə neft məhsulları 15,7%, bərk yanacaq 31,5% azalıb.
Aprel ayında kartofun qiymətində illik artımın 22% olması diqqət çəkib.
