Almaniyada enerji qiymətlərinin düşməsi səbəbindən topdansatış ticarət qiymətləri mart ayında da zəifləməyə davam edib.
İndex.az xəbər verir ki, "Almaniya Federal Statistika İdarəsi"nin (Destatis) məlumatına görə, Almaniyada topdansatış qiymətləri indeksi mart ayında aylıq 0,2%, illik bazda isə 2% artıb.
Fevralda indeks illik bazda 8,9%, yanvarda isə 10,6% artmışdı.
Bununla da, Almaniyada topdansatış qiymətləri ardıcıl olaraq 6-cı ayda da ucuzlaşdı
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra topdansatış qiymətlərində artım 2022-ci ilin aprelində 23,8%-ə çatıb.
