Almaniyada son 31 ilin ən böyük nəqliyyat tətili baş tutur.

İndex.az xəbər verir ki, Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan “Birləşmiş Xidmət Sənayesi Birliyi” əmək haqqının 10,5%, yəni ən azı 500 avro artırılmasını istəyir. “Dəmiryol İşçiləri Həmkarlar İttifaqı” isə əmək haqqının 12 % yəni, ayda ən azı 650 avro artırılmasını tələb edir.

Həmkarlar ittifaqı üzvlərinin tətil aksiyası səbəbindən Almaniyanın ən böyük hava limanlarında bir çox uçuşlar ləğv edilib.

Ölkənin ən böyük hava limanlarından biri olan Münhen və Frankfurta uçuşlar dayandırılarkən, Almaniyanın “Deutsche Bahn” dəmir yolu şirkəti uzun məsafəli dəmir yolu xidmətlərini ləğv edib.

Almaniyada milyonlarla nəqliyyat vasitəsi və sərnişin, eləcə də yük daşımalarının böyük hissəsi 24 saatlıq tətildən təsirlənir.

Alman polisi səhər saatlarında 7 ştatda böyük tıxacların olduğunu bildirib.