Almaniyada aprel ayında sənaye istehsalı zəifləyib.

İndex.az xəbər verir ki, Almaniyada aprel ayında sənaye istehsalı tikinti sektorundakı böhranın təsiri ilə ötən ayla müqayisədə 0,1% azalıb.

Alman şirkətləri sifarişlərin azlığından şikayətlənsələr də, sənaye istehsalının mart ayında 0,4% azaldıqdan sonra aprel ayında yenidən azalması diqqət çəkib.

Aprel ayında bazarlarda sənaye istehsalının 0,3% artması gözlənilirdi.