Almaniya son üç atom elektrik stansiyasını bağlamaq qərarını sabah həyata keçirəcək.

İndex.az xəbər verir ki, Almaniya daha əvvəl Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı səbəbindən təxirə saldığı son üç AES-in bağlanması qərarını həyata keçirəcək.

Beləliklə, Avropanın ən böyük iqtisadiyyatında nüvə enerjisi istehsalı başa çatacaq.

Bavariyada "Isar 2", Baden-Vürtemberqdə "Neckarwestheim 2" və ölkənin şimal-qərbində yerləşən "Emsland" atom elektrik stansiyası keçən il ölkənin enerji ehtiyacının 6%-ni ödəyib.

Ölkədəki nüvə boşluğunu bərpa olunan enerji ilə doldurulacağı gözlənilir.