Almaniyada ümumi məşğulluq 2023-cü ilin sentyabrında 46 milyona çatıb.

İndex.az xəbər verir ki, bununla da Almaniyada ümumi məşğulluq son 32 ilin ən yüksək səviyyəsinə çatıb.

Bundan əlavə, yeni zirvə 2022-ci ilin noyabrında görülən rekord məşğulluq nisbətini 0,3% üstələyib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablama metoduna görə, ölkədə 2022-ci ilin sentyabr ayında 2,9% olan işsizlik bu ilin eyni dövründə 3%-ə yüksəlib.

İşsizlərin sayı 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 48 min nəfər (3,7%) artaraq 1,34 milyon nəfərə çatıb.