Almaniyanın Federal Statistika İdarəsi (Destatis) mart ayı üçün zavod sifarişləri ilə bağlı müvəqqəti məlumatları açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniya da fabrik sifarişləri, zəifləyən qlobal iqtisadiyyat səbəbiylə 10,7% azalıb.

İqtisadçılqrın gözləntisi azalmanın 2,2% olacağı idi.

Almaniyada mart ayında ümumi daxili sifarişlər aylıq bazda 6,8%, xarici sifarişlər isə 13,3% azalıb.

Sözügedən dövrdə Avrozonadan yeni sifarişlər fevral ayı ilə müqayisədə 10,8%, digər ölkələrdən Almaniyaya sifarişlər isə 14,8% azalıb.