Alman fabrik sifarişlərində 2021-ci ildən bəri ən böyük artım müşahidə olunur.

İndex.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada fabrik sifarişləri fevral ayında əvvəlki ayla müqayisədə 4,8% artıb.

Bu isə, 2021-ci ilin iyun ayından bəri ən böyük artım olub.

Qeyd edək ki, iqtisadçılar artımın 0,3% olacağını gözləyirdilər.

Artımın səbəbi daxili tələbatın əhəmiyyətli dərəcədə artması, gəmi, dəmir yolu və hərbi avtomobil sifarişlərinin çoxalmasıdır.