Münhendə yerləşən “İqtisadi Tədqiqatlar İnstitut”u (İFO) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən “Alman Biznes Sorğusu”nun mart ayı üzrə nəticələrini dərc edib.
İndex.az xəbər verir ki, İFO-nun verdiyi məlumata görə, bank sektorundakı son qarışıqlıqlara baxmayaraq, Almaniyada “Biznes Mühitinin Güvən İndeksi” mart ayında 93,3 bənd yüksələrək, ardıcıl beşinci ay artımını davam etdirib.
Ardıcıl beşinci ay da yüksəlişini davam etdirən indeks üçün bazar gözləntiləri indeksin 91 bəndədək azalacağı idi.
Sözügedən dövrdə Ifo Gözləntilər İndeksi 88,4-dən 91,2-yə, Cari Vəziyyət İndeksi isə 93,9-dan 95,4-ə yüksəlib.
