"Enka"nın törəmə şirkəti Almaniyada 1 milyard avroluq müqavilə imzalayıb

İndex.az xəbər verir ki, müqaviləyə əsasən "Enka"nın törəmə şirkəti olan "Entrade Gmbh" "Técnicas Reunidas" və FCC şirkətləri ilə birlikdə Almaniyada tikiləcək "LNG Yenidən Qazlaşdırma Terminalı" üçün EPC müqaviləsi imzalayıb.

1 milyard avroya başa gələn müqavilədə "Entrade"nin payı 25% olacaq.

İlkin hazırlıq və mühəndislik işlərinin aparılacağı ilk 5 aylıq mərhələdən sonra işəgötürən tərəfindən veriləcək yekun investisiya qərarı ilə əsas işlərə başlamaq planlaşdırılır.