Almaniyada miqrantlarla bağlı yeni qanun qəbul edilib.

İndex.az xəbər verir ki, Almaniyada Avropa İttifaqı xaricindən ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaqla ölkədəki ixtisaslı işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyən “Bacarıqlı İmmiqrasiya Qanunu” Bundestaqdan keçib.

Bundestaqda keçirilən səsvermədə sözügedən və ixtisaslı işçi qüvvəsi çatışmazlığı ilə mübarizəyə kömək edəcək qanun layihəsi Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) səsləri ilə qəbul edilib.

Beləliklə, Bundestaq hökumətin Avropa İttifaqından kənardan Almaniyaya mühacirlərin gəlməsini asanlaşdırmaq üçün tədbirlər görməsinə yol açdı.

Bundestaqda 661 deputatın iştirak etdiyi səsvermədə yeni qanuna 388 "hə" və 241 "xeyr" səsi verilib. 31 deputat isə bitərəf qalıb.