Almaniya təxminən bir ay sonra Ukraynaya veriləcək silahların siyahısını yeniləyib.

İndex.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın siyahısı federal hökumətin saytında dərc olunub.

Yeni paketə bir IRIS-T SLM və IRIS-T SLS hava hücumundan müdafiə sistemi, səkkiz “Leopard 1A5” tankı, 20 “Marder” piyada döyüş maşını və onun döyüş sursatları, “Sea Sparrow” idarə olunan raketləri, 6 “Panzerhaubitze”, 2 min özüyeriyən artilleriya daxildir.

Bununla yanaşı, AIM-9L idarə olunan raketləri, 4 min hücum dronları və 361 “Songbird” kəşfiyyat PUA-ları, iki TRML-4D radar stansiyası, 42 min 40 mm-lik mərmilər və qış geyimləri də siyahıda yer alıb.