Almaniyada avqust ayında 44,6 olan "Kompozit Satınalma Menecerləri İndeksi" (KSMİ), sentyabrda 46,2-yə yüksəlib və gözləntiləri qarşılamayıb.

İndex.az xəbər verir ki, Almaniyada KSMİ sentyabr ayında 1,8 bənd artaraq 46,2 punkta çatsa da, ardıcıl üçüncü aydır ki, iqtisadiyyatın zəifləməsi göstərən 50 bəndlik göstəricinin altında qalıb.

İqtisadçılar indeksin 47,2 səviyyəsinə yüksələcəyini gözləyirdi.

Ölkədə xidmət sektoru SMİ sentyabrda 47,3-dən 49,8-ə yüksəlib.

İstehsal sənayesi SMİ sözügedən ayda 39,1-dən 39,8-ə yüksəlsə də, zəifləmə zonasında qalmağa davam etdi.