Almaniya iqtisadiyyatının 2024-cü ilin sonuna doğru zəifləyəcək.

İndex.az xəbər verir ki, iqtisadçılar Almaniya iqtisadiyyatı ilə bağlı proqnozlarını azaldıblar.

Belə ki, iqtisadçılar cari ilin üçüncü rübündə ümumi daxili məhsulun (ÜDM) 0,1% azalacağını gözləyir.

Bu azalmanın səbəbi əvvəlki rüblə müqayisədə investisiyaların azalmasıdır.

Almaniya hökuməti də keçən həftə bu il üçün artım proqnozlarını 0,3%-dən 0,2%-ə salıb.