Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı bir ildə ikinci dəfə zəifləyib.
İndex.az xəbər verir ki, iqtisadçıların proqnozuna uyğun olaraq Almaniya iqtisadiyyatı 0,2% azalıb.
Açıqlanan məlumatlar göstərir ki, Almaniya keçən il enerji ilə bağlı tənəzzülə girən iqtisadiyyatı bərpa etməkdə çətinlik çəkir.
İqtisadiyyatı əsasən sənayedən asılı olan Almaniyada yüksək uçot dərəcələri bu məhsullara tələbi azaldır.
