Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatının ilin ikinci rübünü əhatə edən yekun artım məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniya iqtisadiyyatı ilin ikinci rübündə investisiyaların əvvəlki rüblə müqayisədə azalması səbəbindən 0,1% azalıb.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı keçən ilin son rübündə 0,4%, cari ilin ilk rübündə isə 0,2% artıb.