May ayında Almaniya iqtisadiyyatında inflyasiya əhəmiyyətli dərəcədə yavaşladı.

İndex.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, inflyasiya aylıq 0,2% artım gözləntisinin əksinə olaraq 0,1% azalıb.

İllik bazda artım nisbəti 6,1%-ə enib.

İqtisadçıların gözləntisi 6,5% idi.

Apreldə illik inflyasiya 7,2% təşkil edib.