Almaniyanın çip istehsalında istifadə edilən kimyəvi maddələrin Çinə ixracını məhdudlaşdırmaq üçün danışıqlar apardığı açıqlanıb.
İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, sözügedən məhdudlaşdırma addımının Almaniya hökumətinin qabaqcıl yarımkeçirici istehsalı üçün Çinin lazımi mal və xidmətlərə çıxışını məhdudlaşdırmaq üçün müzakirə etdiyi tədbirlər paketinin bir hissəsi olduğu bildirilib.
Xəbərdə qeyd olunub ki, Almaniyanın sözügedən addımı həyata keçərsə, "Merck" və BASF kimi Alman kimya şirkətləri istehsal etdikləri yarımkeçirici kimyəvi maddələrin bir hissəsinin Çinə satışını məhdudlaşdıra bilər.
Digər tərəfdən, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeck, Almaniyanın texnologiya sahəsində Çinə ixrac məhdudiyyətlərini müzakirə etdiyi bildirdi.
