Nyu-Yorkda (ABŞ) göydələnlərin çəkisi şəhəri daha da suyun altında batmağa məcbur edir.
Bu barədə ABŞ Geoloji Xidmətinin alimlərinin apardığı yeni araşdırmadan məlum olub.
Ümumilikdə Nyu-Yorkda ümumi çəkisi təxminən 770 milyon ton olan bir milyona yaxın bina var. Bu yükə görə hər il şəhər bir-iki millimetr aşağı düşür, bəzi ərazilərdə isə proses daha sürətlə gedir.
Alimlər vurğulayırlar ki, rəqəmlər az görünsə də, suya tədricən yaxınlaşma metropolu təbii fəlakətlərə qarşı həssas edir. Xüsusilə Bruklin, Kuins və Aşağı Manhetten risk altındadır.
“Nyu-York böyük daşqın riski problemləri ilə üz-üzədir. Burada dəniz səviyyəsinin qalxması təhlükəsi Şimali Amerikanın Atlantik sahilləri boyunca qlobal orta göstəricidən üç-dörd dəfə yüksəkdir”, - deyə tədqiqatın müəllifi, geoloq Tom Parsons əlavə edib.
