Çinin texnoloji nəhəngi "Alibaba"nın yaydığı xəbərlərdən sonra Honkonq bazarları 2%-dən çox bahalaşıb.
İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 0,16%, "Hang Seng Tech" indeksi isə 0,86% artıb.
Çin Xalq Respublikasında "Şanxay Kompozit" indeksi 0,13% yüksəlib.
Avstraliyada "S&P/ASX 200" 0,96% bahalaşarkən, Yaponiya bazarları isə ucuzlaşıb.
Belə ki, "Topix" 0,47% dəyər itirib.
Cənubi Koreyanın "Kosdaq" indeksi isə 0,54% artıb.
ABŞ-da səhmlər bir gecədə güclü şəkildə yüksəlib. Çünki texnologiya sahəsindəki güclü qazanc "Nasdaq"ın itkilərdən sonra yenidən yüksəlməsinə kömək edib.
Bank sektorunun vəziyyəti ilə bağlı narahatlıqlar azaldıqca bazarlar yüksəlişə keçir.
