"Alibaba"nın altı biznes qrupuna bölünəcəyini elan etməsindən sonra Asiya-Sakit Okean bazarları yüksəlişə keçib.

İndex.az xəbər verir ki, Çin texnoloji nəhəngi "Alibaba"nın altı biznes qrupuna bölünəcəyini elan etməsindən sonra "Alibaba"nın Honkonqdakı səhmləri bahalaşdığı üçün Asiya-Sakit Okean bazarları da yüksəlib.

Belə ki, "Alibaba"nın səhmlərinin 14% artması ilə Honkonqun "Hang Seng" indeksi 2,54%, "Hang Seng Tech" indeksi isə 3,54% artıb.

Çində, "Şanxay Kompozit" indeksi cüzi dərəcədə ucuzlaşsa da "Şenzen Komponent" indeksi 0,2% yüksəlib.

Avstraliyada, fevral inflyasiyası 6,8%-ə qədər endiyi üçün "S&P/ASX 200" 0,11% bahalaşıb.

Yaponiyada "Nikkei 225" 0,44%, "Topix" isə 0,55% artıb.

Cənubi Koreyanın "Kosdaq" indeksi 0,58% yüksəldiyi halda, "Kospi" indeksi dəyişməz qalıb.

ABŞ-da hər üç əsas indeks bu gecədə ucuzlaşıb.

Belə ki, Texnoloji cəhətdən ağır "Nasdaq Composite" 0,45%, "S&P 500" 0,16% "Dow Jones Industrial Average" isə 0,12% dəyər itirib.