"Alibaba Group", altı əsas bölməsindən biri olan "Taobao" alış-veriş platformasına külli miqdarda investisiya qoyacağını açıqlayıb.
İndex.az xəbər verir ki, "Alibaba Group Holding" "Taobao" alış-veriş platformasını 6 əsas bölməyə böldükdən sonra ona külli miqdarda sərmayə qoyacağını bildirib.
"Taobao Tmall" Ticarət Qrupunun baş direktoru Trudi Dai, mövzu ilə bağlı verdiyi açıqlamada, platformaya daha çox istifadəçi cəlb etmək üçün xüsusi olaraq məzmun yaradılmasına diqqət yetirəcəklərini və satıcılar üçün süni intellektlə işləyən vasitələrdən istifadə edəcəklərini söyləyib.
Dai, "Taobao"da tacirlərə fayda gətirmək üçün platforma haqları və komissiya dərəcələrində vaxtında düzəlişlər edəcəklərini də bildirdi.
