Bu il dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 800,9 min təşkil edib.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə 5,2% çoxdur.
İl ərzində aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9% artaraq 52 minə çatıb. Dekabrın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5% artaraq 215,7 min olub.
