Avropa İttifaqı (Aİ) və İsveçrə maliyyə bazarın barədə müzakirələr edəcək.

İndex.az xəbər verir ki, Aİ və İsveçrə 2017-ci ildə dayandırılmış maliyyə bazarının tənzimlənməsi üzrə müzakirələri yenidən başladıb.

Bu çərçivədə İsveçrə Dövlət Katibliyindən verilən açıqlamada, Aİ və İsveçrə rəsmilərinin Berndə görüşdüyü bildirilib:

“İclasda maliyyə bazarının sabitliyi, sərhədyanı fəaliyyətlər, kapital bazarları, rəqəmsal maliyyə, kiber təhlükəsizlik, davamlı maliyyə və sığorta məsələləri müzakirə olunub”.