Aİ Komissiyası mühüm problemlərin həllinə kömək edəcək texnoloji həlləri inkişaf etdirmək məqsədi daşıyan dərin texnologiya sahəsində innovasiyaları artırmaq üçün vençur kapitalı şirkətləri ilə əməkdaşlığa başladığını açıqlayıb.

İndex.az xəbər verir ki, açıqlamada, Avropadakı innovativ dərin texnologiya şirkətləri Aİ ilə birgə sərmayə qoymağa hazır olan şirkətləri bir araya gətirən Etibarlı İnvestorlar Şəbəkəsinin fəaliyyətə başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, şəbəkəyə Avropanın hər yerindən 71 investor, o cümlədən vençur kapitalı fondları, dövlət investisiya bankları, fondlar və korporativ vençur fondları daxildir və 90 milyard avrodan çox aktivləri təmsil edir.

Açıqlamada, təşəbbüsün Avropanın dərin texnologiya sektoruna daha çox kapital təmin etmək məqsədi daşıdığı bildirilib.