Avropa İttifaqı (Aİ) şirkətlər və investisiya məhsulları haqqında maliyyə və davamlılıq məlumatlarına vahid çıxış nöqtəsi yaratmağa hazırlaşır.

İndex.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən razılaşmalar, o cümlədən investorların korporativ məlumatlara asan çıxışını təmin edəcək “Vahid Avropa Giriş Nöqtəsi”nin yaradılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, kapital bazarları birliyinin fəaliyyət planı çərçivəsində "Vahid Avropa Giriş Nöqtəsi" (ESAP) yaradılacaq.

Bu platforma davamlı və maliyyə baxımından perspektivli investisiya məhsulları olan şirkətləri tapmağı və müqayisə etməyi asanlaşdıracaq.

Beləliklə, Avropa biznesləri investorlar üçün cəlbedici olacaq.

Yeni platforma 2027-ci ilin yayından etibarən mərhələlərlə istifadəyə veriləcək.

Sözügedən tənzimləmə AP və üzv dövlətlərin rəsmi təsdiqindən sonra Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.