Avropa İttifaqının (Aİ) vəsaitlərindən sui-istifadənin qarşısını almaq üçün yaradılmış Avropa Auditorlar Məhkəməsi ötən il İttifaqın xərclərində 10 milyard avrodan çox səhvə yol verildiyini bildirib.

İndex.az xəbər verir ki, səhv xərc nisbəti 2021-ci ildə 3%, 2022-ci ildə 4,2% olduğu halda, 2023-cü ildə bu nisbət 5,6%-ə yüksəlib.

Beləliklə, Aİ-nin 2023-cü il üçün 191,2 milyard avroluq xərclərində təxminən 10,7 milyard avro səhvə yol verilib.