Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində ayrı-ayrı Rusiya bankları, gəmiçilik şirkətləri, həmçinin enerji sektoruna qarşı məhdudiyyətlər tətbiq edə bilər.
İndex.az xəbər verir ki, bu barədə “Bild” qəzeti hökumət dairələrindəki mənbələrə istinadən xəbər verir.
Bildirilib ki, Aİ Rusiya qazının tədarükündən tamamilə imtina etməyi planlaşdırır. Nəşr yazır ki, hazırda Avropa İttifaqına LNG-nin təxminən 20 %-i Rusiyadan daxil olur. Həmçinin birlik ölkələri Fransa ilə Rusiyadan atom elektrik stansiyaları üçün uran idxalının məhdudlaşdırılması barədə danışıqlar aparır.
