Avropa İttifaqı (Aİ) üzv ölkələrin ortaq təbii qaz alqı-satqısı üçün qurulan platforma çərçivəsində keçirilən tenderə tədarükçülərdən tələbatın üç qatı çox təklif gəldiyini bildirib.

İndex.az xəbər verir ki, Aİ-dən verilən açıqlamada, Aİ Enerji Platforması çərçivəsində orta müddətli qaz alqı-satqısı üçün ilk tenderin dünən axşam başa çatdığı və təkliflərə cavab vermək üçün ümumi qaz həcmi 97,4 milyard kubmetr olan təkliflərin qəbul edildiyi bildirilib.

Açıqlamada mexanizm vasitəsilə 19 şirkətdən təqribən 34 milyard kubmetr qaz tələbatının toplandığı və tədarükçülərin tələb olunan qaz həcmindən üç dəfə çox təklif aldığı qeyd olunub.

Əlavə olaraq açıqlamada şirkətlərin uyğun təchizatçılarla müqavilələr bağlayacaqları bildirilib.