"Avropa Statistika İdarəsi" (Eurostat) fevral ayı üçün Avropa İttifaqı (Aİ) və "Avro Bölgəsi" üçün mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.
İndex.az xəbər verir ki, "Eurostat"ın yaydığı məlumata görə, "Avro Bölgəsi"ndə tikinti istehsalı fevral ayında əvvəlki ayla müqayisədə 2,3% artıb.
Aİ-da isə tikinti istehsalı fevral ayında əvvəlki aya nəzərən 2%, əvvəlki ilin eyni dövrünə görə 2,1% artıb.
Aİ ölkələri arasında fevral ayında əvvəlki aya nəzərən tikinti istehsalında ən yüksək artım 13,3%-lik göstərici ilə Avstriyada qeydə alınıb. Bu göstəricidə 3,5% ilə Hollandiya ikinci, 3,1% ilə Rumıniya üçüncüdür.
