Avropa İttifaqının (Aİ) Rusiyadan neft və təbii qaz idxalı ilin ikinci rübündə azalmağa davam edib.

İndex.az xəbər verir ki, Aİ-nin enerji idxalının ümumi dəyəri bu ilin ikinci rübündə 2022-ci ilin eyni rübü ilə müqayisədə 39,4 faiz, xalis kütləsi isə 11,3 faiz azalıb.

Ötən ilin birinci rübündə Aİ-nin neft məhsulları tədarükündə 15,9%-lə birinci yerdə olan Rusiyanın payı bu ilin eyni dövründə 2,7%-ə düşüb.

İkinci rübdə Aİ-nin neft məhsulları idxalında Norveçin payı 13,7%, ABŞ-ın payı 13,6%, Qazaxıstanın payı 10,2%, Səudiyyə Ərəbistanının payı isə 9%-ə yüksəlib.