Avropa İttifaqı (Aİ) ölkələrinin "Milli Məlumatların Mühafizəsi İnstitutları"nı bir araya gətirən idarə heyəti "OpenAI" tərəfindən hazırlanmış süni intellekt çatbotu "ChatGPT"nin araşdırmalarında əməkdaşlığı və məlumat mübadiləsini artırmaq üçün xüsusi işçi qrupu yaratmağa qərar verib.
İndex.az xəbər verir ki, "Avropa Məlumatların Mühafizəsi Şurası" üzvləri bildiriblər ki, son iclasda "İtaliya Məlumat Mühafizəsi Agentliyi"nin "ChatGPT"yə qarşı tədbiq etdiyi son sanksiya tədbiri müzakirə olunub:
“"Avropa Məlumatların Mühafizəsi Şurası" əməkdaşlığı genişləndirmək və məlumatların mühafizəsi orqanları tərəfindən görüləcək mümkün icra tədbirləri haqqında məlumat mübadiləsi aparmaq üçün xüsusi işçi qrupu yaratmaq qərarına gəlib”.
Agentlik keçən ay ABŞ-da yerləşən "OpenAI"in "ChatGPT" süni intellekt çatbotunda şəxsi məlumatların toplanması qaydalarının pozulması şübhəsi ilə araşdırma başladaraq proqrama girişi dayandırıb.
