Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısının ikinci gün sessiyaları davam edərkən, sammitin yekun bəyannaməsinin iqtisadi hissəsi mətbuatla paylaşılıb.

İndex.az xəbər verir ki, Aİ ölkələrinin liderləri iqtisadi artımın yavaşladığını və inflyasiyanın narahatlıq doğurduğunu bildiriblər.

İclasda iqtisadi və maliyyə vəziyyətinin müzakirə edildiyi, Aİ iqtisadiyyatının bir çox sarsıntılar qarşısında gücünü və sürətini itirsə də, böyüməyə davam etdiyi qeyd edilib:

Açıqlamada, "Avrozona"nın iqtisadi inkişaflarının yaxından izləniləcəyi və davamlı inkişafı təmin etmək üçün iqtisadi siyasətlərin davam edəcəyi bildirilib.