Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Latın Amerikası ölkələri ilə siyasi və ticari əlaqələri inkişaf etdirmək üçün bölgəyə bir sıra rəsmi səfərlər edəcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, Von der Leyenin Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu Cənubi Ümumi Bazarın (MERCOSUR) Aİ ilə ticarət sazişindəki son vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Razılaşmaya əsasən, Aİ və "MERCOSUR" müxtəlif kənd təsərrüfatı məhsullarına yüksək gömrük vergisi dərəcələrini azaldacaq və "MERCOSUR" ölkələri ət, toyuq, şəkər kimi məhsulları Aİ-yə daha rahat sata biləcəklər.
