Avropa İttifaqı (Aİ) üzv ölkələrdə "Bitcoin" kimi müxtəlif kriptovalyutaların hərəkətini yaxından izləməyi əhatə edən yeni qaydalar qəbul edib.
İndex.az xəbər verir ki, Aİ Şurası üzv dövlətlərin çirkli pulların yuyulması ilə mübarizə və maliyyə nəzarəti üçün kripto-aktivlərin köçürülməsinə nəzarət etmək məqsədi ilə Aİ-nin ilk qaydalarını təsdiqlədiyini açıqlayıb.
Yeni qaydalara əsasən, kripto köçürmələri, digər maliyyə əməliyyatlarında olduğu kimi, hər zaman izləniləcək və şübhəli əməliyyatların qarşısı alınacaq.
Beləliklə, cinayətkarların kriptovalyutalar vasitəsilə çirkli pulların yuyulmasına qarşı qaydalarını pozması xüsusilə çətinləşəcək.
