Avropa İttifaqı (Aİ) aprel ayında konteyner daşımaları üçün rəqabət qaydaları istisnasını dayandıracaq.
İndex.az xəbər verir ki, Aİ Komissiyası konteyner daşımaları sektorunda layner daşıma konsorsiumları üçün antiinhisar azadlığının uzadılmaması barədə qərar qəbul etdiyini açıqlayıb.
Açıqlamada, layner daşıma konsorsiumlarını Aİ rəqabət qaydalarından azad edən hüquqi çərçivənin rəqabəti təşviq etmədiyi üçün uzadılmayacağı və təcrübənin 25 aprel 2024-cü ildə sona çatacağı qeyd edilib.
Açıqlamada, sözügedən istisnanın dəniz xətlərində ortaq yük daşıma xidmətlərində müəyyən şərtlərlə konsorsium olaraq əməkdaşlıq müqaviləsi bağlamağa imkan verdiyi xatırladılıb və təcrübənin kiçik daşıyıcıların öz aralarında əməkdaşlıq etməsinə imkan vermədiyi bildirilib.
Açıqlamada sektorda əməkdaşlıq müqavilələrinin Aİ rəqabət qaydalarına uyğun olaraq edilə biləcəyi bildirilib.
