Avropa İttifaqı (Aİ) Komissiyası Aİ-na üzv ölkələrini Şengen vizasına görə tənqid edib.
İndex.az xəbər verir ki, Aİ Komissiyası son vaxtlar Şengen vizalarının verilməsində uzun müddətə baxılması və imtina qərarları ilə gündəmə gələn Aİ ölkələrinin viza proseslərini tənqid edib.
Aİ Komissiyası “Şengenin vəziyyəti 2023 hesabatı” adlı sənədi Avropa Şurasına, Avropa Parlamentinə, Avropa İqtisadi və Sosial Komitəsinə və Regionlar Komitəsinə göndərib.
Hesabatda, "Covid-19" epidemiyasının sona çatmasından sonra qlobal mobilliyin artmasının Şengen viza müraciətlərində kəskin artıma səbəb olduğu və bunun viza təyinatlarında və müraciətlərə baxılmasında ciddi gecikmələrə səbəb olduğu bildirilib.
