Avropa İttifaqı (Aİ) Çindən asılılığı azaltmaq üçün kritik qərarla xammalı daxili bazardan tədarük etməyə razılaşıb.
İndex.az xəbər verir ki, Avropa Komissiyası ABŞ və Çinlə rəqabət aparmaq üçün mart ayında Kritik Xammal Aktı təklif etmişdi.
Təklifə əsasən, Aİ 2030-cu ilə qədər 16 növ xammalın illik ehtiyacının ən azı 10%-ni hasil, ən azı 40%-ni isə emal edəcək.
25%-lik təkrar emal nəzərdə tutulub.
