Avropa Şurası üzv ölkələrin Rusiya-Ukrayna müharibəsinin mənfi iqtisadi təsirlərini yaşayan Moldovaya maliyyə yardımı etmək qərarına gəldiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro maliyyə dəstəyi verəcək.

Açıqlamada bildirilib ki, Avropa Şurası İttifaqın Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq, ümumilikdə 295 milyon avroya çatdırıb.

Aİ-nin makromaliyyə yardımının Beynəlxalq Valyuta Fondunun (BVF) razılaşması çərçivəsində Moldovaya təqdim edəcəyinə diqqət çəkilərək, bunun ölkənin iqtisadi sabitliyini və struktur islahatlarını dəstəkləmək məqsədi daşıdığı qeyd edilib.