X sosial media platformasında İsrail-Fələstin münaqişələri ilə bağlı zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyalar yayılıb.
İndex.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası, X sosial media platformasında yayılan qeyri-qanuni məzmun və dezinformasiyalarla bağlı X rəhbərliyinə xəbərdarlıq edib.
Lakin xəbərdarlıqlara baxmayaraq belə məzmunların hələ də silinmədiyi bildirilir.
Buna görə də, Aİ Komissiyası tərəfindən şirkətin sahibi İlon Maska isə onu silmək üçün 24 saat vaxt verilib.
