Bu ilin birinci yarısında Avropa İttifaqının (Aİ) 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
İndex.az xəbər verir ki, Aİ ölkələrində keçən il yaşanan enerji böhranı ilə bu ilin birinci yarısında yaşayış evlərində 100 kilovat/saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,9 avroya çataraq rekord qırıb.
Qeyd edək ki, 2022-ci ilin birinci yarısında Aİ ölkələrində 100 kilovat/saat elektrik enerjisinə görə 25,3 avro ödənilirdi.
Üzv ölkələr arasında elektrik enerjisi qiymətlərində ən yüksək artım Hollandiyada müəyyən edilib.
Hollandiyada elektrik enerjisi qiymətləri bu ilin birinci yarısında keçən ilin birinci yarısı ilə müqayisədə 953% artıb.
Rekord qiymət artımına 2022-ci ildə vergi endirimlərinin dayandırılması və ev təsərrüfatları üçün enerji vergilərinin artırılması səbəb olub.
