Avropa İttifaqı (Aİ) şirkət birləşmələrinin qiymətləndirilməsi proseslərində bürokratik prosedurları azaltmağa hazırlaşır.
İndex.az xəbər verir ki, Aİ Komissiyası şirkətlərin birləşməsində tətbiq edilən qaydalarda dəyişiklikləri ehtiva edən tənzimləmə paketini açıqlayıb.
Paketdə bildirilir ki, sadələşdirilmiş və normal birləşmələrdə qiymətləndirmə üsulları asanlaşdırılacaq, sadələşdirilmiş prosedurda birləşmələrin əhatə dairəsi genişləndiriləcək, şirkətlərin bazar payı 30%-dən aşağı olduğu hallarda sadələşdirilmiş proses tətbiq olunacaq, bu proseslər daha sürətli həyata keçiriləcək və müəyyən hallarda Komissiya bu sahəyə daxil olmayan birləşmələri sadə prosedura tabe edə biləcək.
Yeni qaydalar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərdə birləşmə və satınalmalara nəzarət Aİ Komissiyasının səlahiyyətinə daxildir.
Aİ Komissiyası araşdırmalarında rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir.
Rəqabətə zidd hallar aşkar edilərsə, Aİ Komissiyası birləşmə və ya satınalmaların qarşısını ala bilər.
