ABŞ-ın çip istehsalında lider olmaq üçün 53 milyard dollar büdcə ayırmasından sonra "Avropa İttifaqı"nın da cavabı gecikmədi.
İndex.az xəbər verir ki, çip cəbhəsində ABŞ və Çindən asılılığını azaltmaq istəyən "Avropa İttifaqı" bu sahəyə 43 milyard avro büdcə ayırıb.
Büdcədən həm yerli, həm də xarici şirkətlər faydalanacaq.
İlk mərhələdə yalnız qabaqcıl çip qurğuları üçün büdcə gündəmdə idi, lakin təzyiqlər nəticəsində çip istehsalının bütün prosesləri əhatəyə daxil edildi.
