Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Valdis Dombrovskis Çinə səfəri zamanı bildirib ki, Aİ Çinə qarşı öz maraqlarını qorumaq və ədalətli rəqabət yaratmaqda daha iddialı olacaq.

İndex.az xəbər verir ki, Valdis Dombrovskis, Çinə səfəri zamanı etdiyi çıxışda, Aİ-nin rəqabəti alqışladığını, rəqabətin şirkətləri gücləndirdiyini və onları daha innovativ etdiyini bildirib.

Dombrovskisin səfəri Aİ və Çin arasında ticarət gərginliyi, xüsusən də elektrik avtomobilləri ilə bağlı gərginlik yaşandığı dövrə təsadüf edib.

Aİ bu ay Çinin elektrikli avtomobillərinə verilən subsidiyalarla bağlı araşdırma açsa da, Çin bu hərəkəti açıq proteksionizm (idxal olunan mallara görə tariflər, idxal kvotaları və başqa bir sıra dövlət tənzimləmələri ilə digər ölkələrdən idxalın məhdudlaşdırılmasına yönəlmiş iqtisadi siyasət) kimi qiymətləndirib.

Dombrovskinin Çinə səfəri zamanı elektriklə işləyən avtomobillər məsələsinin gündəmdə olacağı gözlənilir.