Avropa İttifaqı (Aİ) Şurası cinayətin maliyyələşdirilməsi ilə mübarizənin hüquqi tənzimləməsinə dair Avropa Parlamenti (AP) ilə aparılacaq danışıqlarla bağlı üzv ölkələrin ortaq mövqeyini müəyyən etdiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Aİ-yə üzv ölkələr mərkəzi sistem quraraq bütün İttifaqa üzv ölkələrdə cinayətkarların bank hesabı məlumatlarını paylaşmağa hazırlaşır.

Müvafiq olaraq, istintaqlarda, cinayət gəlirlərinin izlənməsi və müsadirə prosesində maliyyə məlumatlarına çıxış artırılacaq.

Bu çərçivədə qurulacaq mərkəzi sistem Aİ ölkələrindəki səlahiyyətlilərin cinayətlə əlaqəsi olan şəxslərin maliyyə məlumatlarına daha asan çıxışını təmin edəcək.

Aİ ölkələri mərkəzi bank hesablarının qeydlərindən məlumatları vahid giriş nöqtəsi vasitəsilə bir-biri ilə paylaşacaq.