Avropa Komissiyası Çindən gətirilən elektriklə işləyən avtomobillərə 38%-ə qədər əlavə gömrük rüsumunun tətbiq edildiyini açıqlayıb.
İndex.az xəbər verir ki, 10%-lik gömrük rüsumundan əlavə bir sıra vergilər də tətbiq olunacaq.
Bununla da, Aİ hər il vergilərdən əlavə 2 milyard avro gəlir əldə edəcək.
Gələn aydan etibarən Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq gömrük rüsumları müvəqqəti tətbiq ediləcək.
Qərara görə, Çinin vergilərə etiraz etmək üçün4 həftə vaxtı var.
