Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları” hesabatı dərc olunub.
İndex.az xəbər verir ki, hesabata görə, Avrozonada iqtisadiyyatın 2023-cü ildə 1,1% artacağı, inflyasiyanın isə 5,8% olacağı proqnozlaşdırılır.
Hesabatda qeyd olunub ki, Aİ iqtisadiyyatı 2023-cü ildə 1%, 2024-cü ildə 1,7% artacaq.
Avrozonada isə iqtisadiyyat 2023-cü ildə 1,1%, 2024-cü ildə 1,6% artacaq.
Aİ Komissiyasının əvvəlki qış hesabatında 2023-cü ildə Aİ iqtisadiyyatının 0,8%, Avrozona iqtisadiyyatının isə 0,9% artacağı proqnozlaşdırılırdı.
