Avropa İttifaqı (Aİ) Çinin elektron ticarət və texnologiya qrupu “Alibaba”nın alış-veriş saytı “AliExpress”dən qanunsuz məhsullara qarşı görülən tədbirlərlə bağlı məlumat istəyib.

İndex.az xəbər verir ki, Aİ-dən verilən açıqlamada qeyd olunub ki, “AliExpress”dən xüsusilə saxta dərmanlar kimi qeyri-qanuni məhsulların internetdə yayılması ilə bağlı risklərin qiymətləndirilməsi və istehlakçıları qorumaq üçün görülən tədbirlər haqqında məlumat istənilib.

“AliExpress”in tələb olunan məlumatları noyabrın 27-dək Komissiyaya təqdim etməli olduğu və Komissiyanın alacağı cavaba görə növbəti addımı qiymətləndirəcəyi bildirilib.

Bəyanatda bildirilib ki, məlumat sorğusuna düzgün, natamam və ya çaşdırıcı cavab verildikdə Komissiya cərimə tətbiq edə bilər.