Avropa İttifaqı (Aİ) ABŞ-ın baza səviyyəli tarif tətbiq etdiyi halda, cavab addımı atacağına işarə edib.

İndex.az xəbər verir ki, Aİ-nin sənaye strategiyasının rəhbəri Stefan Sejourne bununla bağlı "Bloomberg News"a müsahibə verib:

"ABŞ asimmetrik razılaşmada israr edərsə, biz bəzi əsas sektorlarda qisas almalı və tarazlığı bərpa etməli olacağıq. Danışıqlar nəticəsində 10%-lik tarif davam edərsə cavab tədbirləri görüləcək".