"AFB Bank" 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə “AFB Bank”ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

Belə ki, cari ilin 2-ci rübündə “AFB Bank”ın faiz gəlirləri 10.586 milyon manat təşkil edib.

2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 9.059 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 1.527 milyon manatlıq artımın olduğunu görərik.

“AFB Bank”ın faiz xərcləri isə 2024-cü ilin 2-ci rübü ərzində 529 min manat artaraq 2.759 milyon manat təşkil edib.

Ötən ilin eyni dövründə bankın faiz xərcləri 2.230 milyon manat olub.

Xatırladaq ki, “AFB Bank” ASC öz fəaliyyətinə 16 fevral 2009-cu ildən etibarən başlayıb. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64%-i İsmayılov Hikmət Əbuzər oğluna, 0.18%-i Muradov Cəmil Tahir oğluna, 0.18%-i Abdullayev Əkbər Həsən oğluna, məxsusdur.